MRB FERMER
MRB Fermer Təsərrüfatının ərazisi 45 hektardan ibarətdir. 14 iyun 2004 cu ildə Xaçmaz rayonu Maqsudkənd ərazisi yaxınlığında yaradılmışdır.
Fəaliyyət sahəsi:
1. QUŞÇULUQ əsasən broyler növlü toyuqların yetişdirilməsi ilə əlaqədar fəaliyyat göstərən bir sahədir. Hazır məhsullar “BRM ORGANİK” markası ilə satışa çıxarılır.
Istehsalat sahəsi 1900 m2 olan 5 ədəd broyler sexi, 5 ton ət saxlama gücünə malik
soyuducu və şoklayıcı kameralardan, yem ambarı, kəsim sexi və toyuq təmizləmə
sexindən ibarətdir. Istehsalat gücü ildə 505.400 kq diri çəki verən broyler quşlarıdır.
2. İSTİXANA ümümi sahəsi 0.85 hektar ərazini əhatə edən 18 ədəd istixanandan ibarətdir. Istixanalarda əsasən pomidor və xiyar məhsulları yetişdirilir. Məhsulun illik istehsal gücü 60-70 ton xiyar və 100-120 ton pomidor məhsulu tədarük etmək imkanına malikdir.
3. BAĞÇILIQ: 2006-cı və sonrakı illərdə salınmış alma, xurma və fındıq bağlarından ibarətdir. Bağlarda 30 hektar sahədə “ağ qolden” və “semiryinka” sortlu alma bağları, 6.5 hektar xurma bağı və 1 hektar fındıq bağı salınmışdır. Məhsuldarlıq dövrü əsasən 2011- 2012 – ci ildən hesablanmışdır.