Oil service
Teknozan MMC
Üzüm
Kafe Səfalı
Green Ville
MRB Fermer
Inter Star Company

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

GREEN VİLLE

Özünüzə və yaxınlarınıza sevinc bəxş etmək üçün “Green Ville” İstirahət Kompleksi Sizə Azərbaycanın ekoloji cəhətdən təmiz və dilbər güşələrindən biri olan, Xəzər dənizinin sahilində yerləşən Nabran meşələrində dincəlməyi təklif edir.
Green Ville” İstirahət Kompleksində inşa edilmiş hər cür şəraiti olan, özünəməxsus təkrarsızlığı ilə seçilən dəbdəbəli ikimərtəbəli mansardlı koteclər, Sizin rahat, qayğısız istirahətinizi və maksimum komfortunuzu təmin edəcək. Hər bir nömrədə avrostandartlara uyğun olan şəbəkələr sistemi Sizin normal istirahətinizə xidmət edəcəkdir. Bütün koteclərə müalicəvi bulaq suyu daxil olur.
“Green Ville” İstirahət Kompleksi – gərgin şəhər mühitində əsəbləri gərilmiş, normal və rahat şəraitdə dincəlmək arzusunda olan insalnların əla istirahəti üçün geniş imkanlar yaradır.

TƏBİƏT

Tutduğu coğrafi mövqeyinə görə Nabran İstirahət Zonası artıq neçə illərdir ki, təbiətsevərləri və turistləri özünə cəlb etməkdədir. Sevimli məzuniyyət və bazar günlərinin Nabranda keçirilməsinin ən başlıca səbəbi yaşıllıqlarla örtülü olan ərazinin və mənzərəli ətraf mühitin istirahət üçün əlverişli olmasıdır. Sıx meşələr, büllur bulaqlar, müalicəvi həhriz suları, təmiz hava yumşaq iqlim, füsunkar mənzərələr və mülayim dəniz – bütün bunlar istirahətin ilahi mənbəyindən xəbər verir.
Biz Sizi Azərbaycan Respublikasının dilbər guşələrindən biri olan – Xəzər dənizinin sahilindəki Nabran meşələrinin qoynunda yerləşən və koteclərin yeni nəslini təmsil edən “Green Ville” İstirahət Kompleksində dəvət edirik.

MEŞƏ

Əsrarəngiz meşədən sysız cığırlar keçir – macəralar aləmi məhz buradan başlayır. Meşənin sirli toranlığı romantikləri daha çox cəzb edəcək. Buradan sayrışan ulduzları, gecəyə aydınlıq gətirən bədirlənmiş ayı seyr etmək olar.Dənizlə tək qalmağı sevənlər isə yaxınlıqdakı ləpədöyəndə günəşi qarşılaya bilərlər. Aylı – ulduzlu gecələr, dənizkənarı gəzintilər həmişəlik qəlbinizin yaddaşına həkk olunacaq. “Green Ville” gecələrinin xüsusi gözəlliyi bütün romantiklərin qəlbini isidəcək.

HOVUZLAR

Əla dizyna və nümunəvi üsluba malik olan geniş, açıq tipli hovuzlu bar bütün Nabran ərazisində öz orijinallığı ilə diqqəti cəlb edir. Hovuzun içərisində quraşdırılmış oturacaqlarda rahatlanaraq bardakı sərinləşdirici içkilərdən, dondurmalardan və müxtəlif çeşidli nemətlərdən sifariş edə bilərsiniz. Bu cür gözəl imkanlardan Siz Nabranın başqa harasında yararlana bilərsiniz?!
Hovuzda üzərkən su oyunlarından aldığınız enerji Sizə əhval-ruhiyyənizin yüksəlməsinə, sağlamlığınızın möhkəmlənməsinə, oturaq iş rejimində fəaliyyət göstərən idarə işçilərinin qarşıdan gələn mövsümlərdə özlərini daha gümrah hiss etmələrinə yardımçı olacaqdır. Işığın və rənglərin harmoniyası günəş şüası ilə vəhdət təşkil edərək hovuzun füsunkar cazibədarlığını əks etdirir.
Müasir texniki qurğular hovuzdakı suyun keyfiyyətinin yüksək olmasına xidmət edir.

MƏTBƏX

“Green Ville” İstirahət Kompleksində fəaliyyət göstərən xidmət həmişə ən yüksək səviyyədə qalmaqdadır. Mahir aşbazlar həm milli, həm də Avropa mətbəxinin nümunələrini dəyərləndirməyə imkan yaradacaqlar. Yüksəkdərəcəli xidmət həmçinin sifarişlərin nömrələrə çatdərəlmasənə da nəzərdə tutur. Bu hələ harasıdır! Təbiətin füsunkar gözəllikləri ilə əhatə olunmuş, sakit meşə ilə axan çayın kənarındakı restoranda nahar edib. Torpaqdan qaynayan çeşmənin suyundan içərək vaxtınızı xoş və münalı keçirə bilərsiniz.

ƏRAZİ

“Green Ville” İstirahət Kompleksinin ümumi ərazisi 3.2 ha sahəni əhatə edir. Kompleksi tikililərin təyinatına görə 4 əsas hissəyə bölmək olar.
  • Yaşayış – 216 nəfərin istirahəti üçün nəzərdə tutulmuş, orijinal üslubda tikilmiş mansardlı 18 kotec. Koteclərin hər biri 12 nəfərin yerləşə biləcəyi 4 ayrı nömrədən ibarətdir.

  • Inzibati – bütün inzibati xidmətlərin yerləşdiyi ikimmərtəbəli mansardlı bina.

  • Xidməti – açıq və qapalı restoranın, barın, rəqs salonu və konfrans zalının yerləşdiyi ikimərtəbəli mansardlı bina.

  • Yardımçı – anbarlar, dəyişək saxlanılan otaqlar, camaşırxana, inventar və təmir emalatxanası.

NÖMRƏLƏR

İkinəfərlik nömrələr koteclərin birinci mərtəbəsində yerləşir. Hər bir nömrədə:
  • Mebel döşənmiş holl.

  • Komfortabelli sanitariya qovşağı, soyuq və isti su təchizatı, qızdırıcı sistem.

  • Yataq mebel dəsti, jurnal stolu və kreslolarla yerləşdirilmiş yataq otağı. Nömrə peyk televiziyası, telefon və soyuducu ilə təchiz olunub.

Dödnəfəlik nömrələr koteclərin ikinci mərtəbələrində və mansardlarda yerləşir.
Hər bir nömrədə:
  • Mebel ilə döşənmiş holl.

  • Komfortabelli sanitariya qovşağı, soyuq və isti su təchizatı, qızdırıcı sistem.

  • Iki yataq otağı – hər birində yataq mebeli, jurnal stolu və kreslolar. Nömrə peyk televiziyası, telefon və soyuducu ilə təchiz olunub.


XİDMƏTLƏR

  • Restoranlar (açıq və qapalı)

  • Böyüklər və uşaqlar üçün hovuzlar

  • Uşaq meydançası

  • Turist gəzintiləri

  • Maraqlı şou – proqramlı konsertlər

  • Diskotekalar

  • Mini barlar

  • Konfrans zalı

  • Açıq tennis kortu, voleybol, basketbol, futbol meydançaları, bilyard, stolüstü tennis və badminton oyunları da vaxtınızın əyləncəli keçməsinə zəmin yaradacaqdır.

  • Ixtisaslı həkim nəzarəti

  • Avtomobillər üçün dayanacaq

15-20 dəqiqə vaxt sərf edərək enli meşə cığırları ilə piyada çimərliyə enə bilərsiniz. Sizi mülayim dəniz gözləyir.

BRM Şirkətlər Qrupunun yeni binası.
BRM Şirkətlər Qrupunun yeni binası. BRM Şirkətlər Qrupunun yeni binası. BRM Şirkətlər Qrupunun yeni binası. BRM Şirkətlər Qrupunun yeni binası. BRM Şirkətlər Qrupunun yeni binası. BRM Şirkətlər Qrupunun yeni binası.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.
This caption can be styled using CSS.



Ünvan:
Azərbaycan, Xaçmaz rayonu, Nabran qəsəbəsi

(+994 50) 225 53 13




Mobil:
(+994 50) 225 53 33

greenville@online.az
office@
brm-groupcompany.com